...

Azərbaycanda İİV infeksiyasına qarşı müayinə məcburiləşdiriləcəkmi?

Cəmiyyət Materials 1 Dekabr 2012 12:48 (UTC +04:00)
Azərbaycanda əhali arasında İİV infeksiyasına yoluxmanı müəyyən edən müayinələrin məcburiləşdirilməsi mümkün deyil
Azərbaycanda İİV infeksiyasına qarşı müayinə məcburiləşdiriləcəkmi?

Azərbaycan, Bakı, 1 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda əhali arasında İİV infeksiyasına yoluxmanı müəyyən edən müayinələrin məcburiləşdirilməsi mümkün deyil. Trend-in məlumatına görə, bunu Respublika QİÇS-lə Mübarizə Mərkəzinin direktor əvəzi Esmira Alməmmədova 1 dekabr- Üumdünya QİÇS-lə Mübarizə Günü ilə əlaqədar keçirdiyi mətbuat konfransında deyib.

Onun sözlərinə görə, müayinələrin məcburi edilməsi özünü doğrultmaz. Çünki hər bir şəxsin İİV infeksiyasına görə etdiyi müayinənin nəticəsi 3 ay ərzində real hesab olunur. Üç aydan sonra isə yenidən müayinələrin aparılmasına ehtiyac yaranır.

"Hec kimi isə məcbur etmək olmaz ki, 3 aydan bir müayinədən keçsin. Yalnız maarifləndirmə işləri aparmaqla yoluxmanın qarşısını almaq olar",-Alməmmədova deyib.

O qeyd edib ki, İİV-ə yoluxmaya görə risqli qrup hesab edilən insanlar mütəmadi olaraq, müayinələrdən keçməlidirlər. Yalnız bu halda onlar özlərini yoluxmadan qoruya bilərlər.

Alməmmədova bildirib ki, əgər risqli qruplar da öz zərərli vərdişlərindən əl çəkməyiblərsə, onda bu müayinələrin apatrılmasının əhəmiyyəti olmaz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti