...

Sabahdan Azərbaycanda hava soyuyacaq, temperatur 7-10 dərəcə düşəcək

Cəmiyyət Materials 4 Dekabr 2012 14:11 (UTC +04:00)
Sabahdan Azərbaycanda hava soyuyacaq, temperatur 7-10 dərəcə aşağı düşəcək.
Sabahdan Azərbaycanda hava soyuyacaq, temperatur 7-10 dərəcə düşəcək

Azərbaycan, Bakı, 4 dekabr /Trend, müxbir İ.İsabalyeva/

Sabahdan Azərbaycanda hava soyuyacaq, temperatur 7-10 dərəcə aşağı düşəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildirilib ki, Bakıda və Abşeron yarımadasında dekabrın 5-də hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi, səhər yarımadanın bəzi yerlərində duman olacağı, axşam buludluluğun artacağı, gecəyə doğru yağış yağacağı gözlənilir. Cənub-qərb küləyi əsəcək, günün ikinci yarısında arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

Havanın temperaturu gecə 6-10, günün birinci yarısında 15-18, axşam 10 dərəcəyə yaxın isti təşkil edəcək.

Dekabrın 5-i axşam və 6-da gecə və səhər hava şəraitinin qısa müddətə qeyri-sabit keçəcəyi, yağıntılı olacağı, şimal küləyinin arabir güclənəcəyi gözlənilir.

Azərbaycanın rayonlarında dekabrın 5-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman, çiskin olacağı gözlənilir, axşam isə bəzi qərb rayonlarından başlayaraq yağıntılı olacağı ehtimalı var. Cənub-qərb küləyi əsəcək, ayrı-ayrı yerlərdə arabir güclənəcək.

Havanın temperaturu gecə 2-7, gündüz 10-15, dağlarda gecə 1 dərəcə şaxtadan 4 dərəcəyədək isti, günün birinci yarısında 12-17, günün ikinci yarısında 5-8 dərəcə isti olacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti