...

İranda Urmiya gölünün probleminin həlli məqsədilə beynəlxalq konfrans keçirilir

Cəmiyyət Materials 8 Dekabr 2012 11:35 (UTC +04:00)
İranın Urmiya şəhərində bu gün "Urmiya gölü: Problemlər və həll yolları" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.
İranda Urmiya gölünün probleminin həlli məqsədilə beynəlxalq konfrans keçirilir

Azərbaycan, Bakı, 8 dekabr /Trend, müxbir T.Cəfərov/

İranın Urmiya şəhərində bu gün "Urmiya gölü: Problemlər və həll yolları" adlı beynəlxalq konfrans öz işinə başlayıb. Bu barədə Trend IRNA agentliyinə istinadən məlumat verir.

Məlumata əsasən, konfransda Urmiya gölünün suyunun qurumasının qarşısını almaq üçün beynəlxalq və milli təcrübələrdən istifadə etmək, problemin elmi həll yolları, eləcə də maarifləndirmə işlərinin artırılması kimi məsələlər müzakirə olunacaq.

Urmiya gölünün ekoloji problemlərinin, su çatışmazlığının həlli məqsədilə keçirilən konfransda Belçika, Rusiya, Finlandiya, ABŞ, Türkiyə və Ukraynadan elm adamları, həmçinin İran Prezidentinin birinci müavini Məhəmmədrza Rəhimi, İranın yollar və şəhərsalma naziri Əli Nikzad, eləcə də İranın Ətraf Mühit Təşkilatının rəisi Məhəmmədcavad Məhəmmədizadə iştirak edirlər.

Rəsmi statistikalara əsasən, Urmiya gölünün suyunun 70 faizi artıq quruyub. Urmiya gölündə hazırda hər 1 litr suda 400 qram duz mövcuddur.

Urmiya gölünün sahəsi təxminən 6 min kvadratkilometrdir. Köçəri quşlar miqrasiya zamanı bu göldən fasilə məntəqəsi kimi istifadə edir. Fasiləsiz quraqlıq səbəbindən Urmiya gölü tədricən dayazlaşır, sahəsi isə azalır. Bu isə təkcə bitkilərə deyil, eləcə də heyvanlara təsir göstərir.

İran Urmiya gölündəki böhran vəziyyəti aradan qaldırmaq məqsədilə Araz çayının suyunun Urmiya gölünə axıdılması layihəsi üzərində işləyir. Araz çayından Urmiya gölünə 600 milyon kubmetr su axıdılması nəzərdə tutulur. Bu layihənin reallaşdırılması üçün 1,2 milyard dollar sərmayə yatırılması planlaşdırılır. İran hökuməti 2011-ci ilin sentyabr ayında Urmiya gölünün qurumasının qarşısının alınması üçün görüləcək tədbirlərə ümumilikdə 900 milyon dollar vəsait ayırmışdı.

BMT-nin İnkişaf Proqramı İrana ölkədəki ekoloji problemləri, xüsusilə Urmiya gölündə yaranmış problemi həll etmək məqsədilə 135 milyon dollar məbləğində maliyyə yardım edib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti