...

Azərbaycanda "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə yaradılıb

Cəmiyyət Materials 13 Dekabr 2012 16:53 (UTC +04:00)
Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə (TK 15) yaradılıb.
Azərbaycanda "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə yaradılıb

Azərbaycan, Bakı, 13 dekabr /Trend, müxbir İ.İsabalayeva/

Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin müvafiq əmri ilə Azərbaycan Standartları İnstitutunun nəzdində "Taxıl və un məmulatlarının standartlaşdırılması üzrə" Texniki Komitə (TK 15) yaradılıb.

Dövlət Komitəsindən çümə axşamı Trend-ə verilən məlumata görə, komitənin yaradılmasında məqsəd Azərbaycanda əhalini təhlükəsizlik normalarına uyğun və keyfiyyətli çörək məmulatları ilə təmin etmək, taxıl və un məmulatlarının standartlaşdırılması üzrə işləri təkmilləşdirmək və səmərəliliyi artırmaqdır.

Əmrə əsasən, TK-nın əsasnaməsi, strukturu və tərkibi təsdiqlənib. Texniki Komitədə Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsi ilə yanaşı, Səhiyyə Nazirliyi, Kənd Təsərrüfatı Nazirliyi və bir neçə çörəkbişirmə müəssisəsinin mütəxəssisləri də təmsil olunur.

Texniki Komitənin əsas vəzifələri taxıl və un məmulatları sahəsində milli, dövlətlərarası, beynəlxalq, regional və xarici ölkələrin standartlarının, texniki reqlamentlərin, standartlaşdırma sahəsində digər sənədlərin layihələrini hazırlamaq, ekspertizasını təşkil etmək, standartlaşdırma sahəsində sənədlərin layihələrinin təsdiq və ya rədd edilməsi barədə əsaslandırılmış təkliflər hazırlamaq və s.-dir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti