...

ASAİF “Freedom House”-un qərəzli hesabatı ilə bağlı bəyanat verib

Cəmiyyət Materials 17 Dekabr 2012 10:45 (UTC +04:00)
Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) "Freedom House"-un qərəzli hesabatı ilə bağlı bəyanat verib.
ASAİF “Freedom House”-un qərəzli hesabatı ilə bağlı bəyanat verib

Azərbaycan, Bakı, 17 dekabr / Trend müxbir M.Əliyev/

Xarici Ölkələrdə Təhsil Alan və Məzun Olmuş Azərbaycanlı Gənclərin Beynəlxalq Forumu (ASAİF) "Freedom House"-un qərəzli hesabatı ilə bağlı bəyanat verib. Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Forumdan bildirilib.

"Hər zaman ayrı-ayrı qrupların sifarişi ilə fəaliyyət göstərən mənbələrin verdiyi məlumatlar əsasında hazırlanan "Freedom House"-un bu dəfəki hesabatı da digərlərindən fərqlənmədi. Azərbaycanın hərtərəfli inkişafı və beynəlxalq nüfuzunun artmasına qısqanclıqla yanaşan bəzi xarici dairələr, təşkilatlar ölkəmizin reallıqlarını təhrif etmək, onunla bağlı beynəlxalq aləmdə yanlış rəy formalaşdırmaq cəhdlərini davam etdirirlər. Son dövrlərdə Azərbaycanın beynəlxalq səviyyədə humanitar forumlara, mədəniyyət və idman yarışlarına ev sahibliyi etməsi ölkəmizi sevməyənləri qıcıqlandırır və onlar bu kimi yalan məlumatlar ötürməklə həmin hesabatları hazırlayan təşkilatların, o cümlədən "Freedom House"-un da obyektivliyini şübhə altına salırlar", - bəyanatda bildirilir.

Qeyd olunur ki, bu təşkilatın hesabatlarında Azərbaycanda baş vermiş müxtəlif hadisələr şişirdilir və guya Azərbaycanda insan haqlarının pozulmasını təsdiq edən "faktlar" kimi təqdim olunur.

"Hesabatda ən çox ziddiyyət doğuran məqamlardan biri də Azərbaycanın "qeyri-azad", Ermənistanın isə "qismən azad" ölkə kimi göstərilməsidir. Görünür, bu gün insan azadlıq və hüquqlarının pozulması və məhz bu səbəbdən get-gedə daha çox insanın Ermənistandan getməsi faktı hesabatı hazırlayanların nəzərindən qaçmışdır. Buna cavab olaraq, biz "Freedom House"-u Azərbaycanın qaçqın və məcburi köçkün vətəndaşlarının düşdüyü duruma nəzər salmağa və insanların yaşamaq hüquqlarını pozan bir ölkəni "qismən azad" göstərməsinə yenidən baxmağa dəvət edirik", - ASAİF-in bəyanatında vurğulanır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti