...

ETSN: Bakının bəzi sürüşmə zonalarında aktivləşmə müşahidə olunur

Cəmiyyət Materials 22 Dekabr 2012 13:13 (UTC +04:00)
Bakının bəzi sürüşmə zonalarında aktivləşmə müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib.
ETSN: Bakının bəzi sürüşmə zonalarında aktivləşmə müşahidə olunur

Azərbaycan, Bakı, 22 dekabr /Trend, müxbir E.Mehdiyev/

Bakının bəzi sürüşmə zonalarında aktivləşmə müşahidə olunur. Trend-in məlumatına görə, bu barədə şənbə günü jurnalistlərə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) Kompleks Hidrogeologiya və Mühəndis Geologiyası Ekspedisiyasının rəisi Bəxtiyar Qaralov məlumat verib.

Onun sözlərinə görə, hazırda Əhmədli qəsəbəsinin Gəncə prospektindəki 65 və 63 saylı binaların yerləşdiyi sürüşmə zonasında aktivləşmə hiss olunur, digər sürüşmə aktivliyi Qaraçuxur qəsəbəsində müşahidə edilir.

Qaralov həmçinin qeyd edib ki, Bayıl yamacında vəziyyət stabildir. Onun sözlərinə görə, keçən il Bayıl yamacında müəyyən tədqiqatlar aparılıb və orada müəyyən bərkitmə işləri görülüb.

Havalar bir neçə gün belə davam edərsə, sürüşmə zonasındakı aktivlik daha da artacaq"

Qaralov deyib ki, son günlər havaların yağışlı keçməsi nəticəsində Bakı şəhərinin Badamdar qəsəbəsindəki sürüşmə zonasında aktivlik artıb.

Onun sözlərinə görə, havalar bir neçə gün belə davam edərsə, sürüşmə zonasındakı aktivlik daha da artacaq.

"Hazırda ərazi geotexniki tədqiqatların aparılması üçün yararlı və hazır deyil. Çünki həm yağışların yağması nəticəsində çökmə kütləsinin axıcılığı artıb, həm də aktivlik daha da çoxalıb. Əraziyə texnikanın çıxarılması mümkünsüzdür. Hazırda texnikalar qazma işləri üçün yol açırlar. Amma bu da qazma işlərinin aparılması üçün tam şərait yoxdur" ETSN rəsmisi deyib.

Qaralov qeyd edib ki, sürüşmə baş verən anda bu prosesin əsas səbəbi kimi ərazidə tikilən evlərin tullantı suları göstərilib. Onun sözlərinə görə, son zamanlar aparılan tədqiqatlarda həqiqətən yamacın sürüşməsinə səbəbin həmin tullantı sularının olması təsdiqlənib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti