Azərbaycan, Bakı, 24 dekabr /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycan Milli Elmlər Akademiyasının Radiasiya Problemləri İnstitutunun alimi Polşanın Geologiya İnstitutunda tədqiqatlar aparacaq.
Akademiyanın mətbuat xidmıtindən bazar ertəsi Trend-ə verilən məlumata görə, institutun şöbə müdiri, "Mədəni irs abidələrinin öyrənilməsi, saxlanılması və mühafizəsinin mükəmməlləşdirilməsi" layihəsinin Azərbaycan üzrə koordinatoru Dinara Abbasova Avropa Komissiyasının Beynəlxalq layihəsi çərçivəsində Polşa Elmlər Akademiyasının Geologiya İnstitutuna dəvət edilib.
O, orada izotop üzrə yaşın təyin olunması və paleoklimatik tədqiqatlar laboratoriyasında müşahidəçi kimi işləyəcək.