...

Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Pak Dad restoranlar şəbəkəsi və Avropa Liseyi bayram ərəfəsində uşaqları sevindiriblər (FOTO)

Cəmiyyət Materials 27 Dekabr 2012 09:49 (UTC +04:00)
26 dekabr 2012-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Pak Dad restoranlar şəbəkəsi və Avropa Litseyi xeyirxah məramlı aksiya həyata keçirmişlər.
Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Pak Dad restoranlar şəbəkəsi və Avropa Liseyi bayram ərəfəsində uşaqları sevindiriblər (FOTO)

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

26 dekabr 2012-ci il tarixində Azərbaycan Qızıl Aypara Cəmiyyəti, Pak Dad restoranlar şəbəkəsi və Avropa Litseyi xeyirxah məramlı aksiya həyata keçirmişlər.

Avropa Litseyinin təşəbbüsü, Pak Dad restoranlar şəbəkəsinin dəstəyi və Azərbaycan Qızıl Aypara cəmiyyətinin təşkilatçılığı ilə həyata keçirilmiş humanitar aksiyadan Suraxanı rayonunda yerləşən uşaq evinin sakinləri bəhrələnmişlər. Tədbir 31 dekabr Dünya Azərbaycanlıların Həmrəyliyi Günü və Yeni il bayramı münasibəti ilə həyata keçirilmişdir.

Bayram şənliyi Pak Dad restoranında reallaşmışdır. Şənlikdə uşaq evinin sakinləri ilə birlikdə Avropa litseyinin şagirdləri birgə əylənmişlər. Belə ki, orada uşaqlar üçün bayram süfrəsi açılmış və rəngarəng musiqi proqramı təqdim olunmuşdur. Avropa litseyinin şagirdləri tərəfindən uşaq evinin sakinlərinə öncədən hazırlanmış maraqlı viktorinalar və oyunlar təqdim olunmuşdur.

Tədbirdə həmçinin Azərbaycan Qızıl Aypara Cəmiyyəti və Avropa litseyinin şagirdləri tərəfindən uşaqlara müxtəlif hədiyyələr də verilmişdir. Pak Dad restoranı isə öz növbəsində tədbir iştirakçılarını cürbəcür dadlı təamlarla sevindirməyə nail oldu. Sonda iştirakçılar Pak Dad restoranlar şəbəkəsinin rəhbərliyinə, Avropa Litseyi və Azərbaycan Qızıl Aypara Cəmiyyətinə təşkil olunmuş maraqlı bayram şənliyi üçün öz təşəkkürlərini bildirmişlər.

Qeyd edək ki, tədbirdə Azərbaycan Qızıl Aypara Cəmiyyətinin rəhbərliyi, Cəmiyyətin Bakı şəhərində fəaliyyət göstərən rayon bölmə sədrləri, Pak Dad restoranlar şəbəkəsinin rəhbərliyi və eyni zamanda Avropa Litseyinin müəllimləri iştirak etmişlər. Sonda Pak Dad restoranlar şəbəkəsi və Avropa litseyinə Azərbaycan Qızıl Aypara Cəmiyyəti tərəfindən Fəxri Fərmanlar, Avropa litseyin şagirdlərinə isə Tərifnamələr təqdim olunmuşdur. Ümumilikdə tədbir çox şən və maraqlı keçmişdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti