...

Pakistanın nüfuzlu jurnalında 20 Yanvar faciəsinə dair məqalə dərc olunub

Cəmiyyət Materials 18 Yanvar 2013 10:41 (UTC +04:00)
Pakistanın nüfuzlu ingilisdilli “Centreline” jurnalında və DNA NEWS informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Faruk Riaz Çoudrinin 20 Yanvar hadisələrinə həsr edilmiş “20 Yanvar 1990 - Azərbaycanlıların dəhşətli günü” adlı məqaləsi dərc olunmuşdur.
Pakistanın nüfuzlu jurnalında 20 Yanvar faciəsinə dair məqalə dərc olunub

Azərbaycan, Bakı, 18 yanvar /Trend/

Pakistanın nüfuzlu ingilisdilli "Centreline" jurnalında və DNA NEWS informasiya agentliyinin buraxılışında tanınmış jurnalist Faruk Riaz Çoudrinin 20 Yanvar hadisələrinə həsr edilmiş "20 Yanvar 1990 - Azərbaycanlıların dəhşətli günü" adlı məqaləsi dərc olunmuşdur.

Azərbaycanın pakistandakı səfirliyindən Trend-ə verilən məlumata görə, məqalədə XX əsrin sonunda Sovet İttifaqının süquta uğraması bildirilmiş, ölkədə cərəyan edən hadisələr nəzərdən keçirilmişdir. Vurğulanmışdır ki, erməni millətçiləri yaranmış vəziyyətdən sui-istifadə edərək Azərbaycanın Dağlığ Qarabağ əyalətini Ermənistana birləşdirmək iddiasında olduqları və bu məkrli istəklərini həyata keçirtmək üçün SSRİ rəhbəri Mixayıl Qorbaçovun dəstəyini aldıqları vurğulanmışdır. Daha sonra, Ermənistanda keçirilən etnik təmizləmə siyasəti nəticəsində 1988-ci il ərzində oradan 300 mindən çox azərbaycanlının zorla sürgün edildiyi, onların bəzilərinin xüsusi amansızlıqla qətlə yetirildiyi vurğulanmış, buna etiraz əlaməti olaraq azərbaycanlıların Bakı və digər şəhərlərin meydanlarına axışaraq kommunist rejiminə etimadsızlıq göstərməsi və müstəgil Azərbaycan şüarları ilə çıxış etmələri məqalədə geyd edilmişdir.

Məqalədə 1990-cu ilin yanvarın 20-də Sovet ordusunun böyük kontingentinin ağır texnika ilə Bakıya daxil edildiyi və silahsız insanlara atəş açdığı və törədilmiş vəhşiliklər haqqında ətraflı məlumat verilmişdir. Daha sonra bu aksiyanın SSSR-i və Azərbaycan SSR-i konstitusiyalarına və insan hüquqları haqqında beynəlxalq paktın müddəaları ilə ziddiyyət təşkil edildiyi vurğulanmışdır. Məqalədə əməliyyatdan öncə Azərbaycan Dövlət Televiziyasının enerji blokunun partladılması nəticəsində insanlar informasiyadan təcrid olduqları, fövqəladə vəziyyətin ordunun atəş açmasından 7 saat sonra elan edildiyi bildirilmiş və əməliyyatın əsl məqsədinin müstəqillik həsrəti ilə yaşayan Azərbaycan xalqına dərs vermək niyyəti olduğu bildirilmişdir.

Daha sonra məqalədə ümummilli lider Heydər Əliyevin Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gedərək, həyatına olan təhlükəyə baxmayaraq, nitq ilə çıxış edərək bu amansız aksiyanı qəti tənqid etməsi, Bakıda cərəyan edən hadisələr ətrafında yaranmış informasiya blokadasını yarması və azərbaycanlıların ürəyində inam hissinin daha da gücləndirməsi və nəticə etibarı ilə mərkəzi Sovet rəhbərliyinin planlarını alt-üst etdiyi vurğulanmışdır. Yazıda şəhidlərin dəfn mərasiminə gələn bir milyondan çox insanın və bütün Azərbaycanın 40 gün ərzində SSRİ rəhbərliyinə itaətsizlik göstərməsi buna sübut kimi göstərilmişdir.

Yazıda 20 Yanvar hadisələrinin Azərbaycanın müasir tarixində dönüş nöqtəsinin və Sovet İttifaqının süqutunun başlanğıcı olduğunu bildirmişdir. Məqalədə ümummilli lider Heydər Əliyevin 16 dekabr 1999 il tarixli fərmanı ilə 20 Yanvar qurbanlarına "20 Yanvar şəhidləri" statusu verildiyi vurğulanmış, onların ailə üzvlərinin Azərbaycan Dövlətinin qayğı və himayəsində olduqları bildirlmişdir.

Məqalənin sonunda hər il yanvarın 20-də yüz minlərlə insanın şəhidlərə öz ehtiramını bildirmək üçün şəhərin ən yüksək zirvəsində yerləşən Şəhidlər Xiyabanını ziyarət etdikləri oxucuların nəzərinə çatdırılmışdır.

Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür:

http://dnanews.com.pk/20-january-1990-a-day-of-nightmare-for-azerbaijan-people/

Məqalədə:
Xəbər lenti

Xəbər lenti