...

Bu gün Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 7 yaşı tamam olur

Cəmiyyət Materials 6 Fevral 2013 14:51 (UTC +04:00)
Azərbaycanda bu gün məişət zorakılığı probleminin həlli ən aktual vəzifələrdən biri kimi qarşıda durur. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.
Bu gün Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 7 yaşı tamam olur

Azərbaycan, Bakı, 6 fevral /Trend, müxbir İ.İsabalayeva/

Azərbaycanda bu gün məişət zorakılığı probleminin həlli ən aktual vəzifələrdən biri kimi qarşıda durur. Bunu Trend-ə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova deyib.

Onun sözlərinə görə, ötən il ərzində bu məqsədlə "Məişət zorakılığının qarşısının alınması haqqında" qanunun təbliği sahəsində geniş maarifləndirmə kampaniyası həyata keçirilib.

"Qadınlara qarşı zorakılığa "YOX" adlı tədbirimiz də xüsusi rezonansa səbəb olan tədbirlərdən idi. Uşaqların övladlığa verilməsi, onların sonrakı həyat şəraiti və tərbiyəsinə nəzarətin həyata keçirilməsi qaydaları işlənib hazırlanıb", - komitə sədri deyib.

O əlavə edib ki, ötən il mayın 8-də Azərbaycan Prezidenti İlham Əliyev "Uşaq hüquqlarının həyata keçirilməsinə dövlət nəzarəti qaydaları haqqında" fərman imzalayıb. Komitədə bu fərmandan irəli gələn məsələlərin həlli istiqamətində bir sıra işlər görülüb.

Hüseynova deyib ki, bu il yanvarın 15-də Nazirlər Kabinetinin qərarı ilə "Uşaq hüquqlarının həyata keçirilməsinə dair elektron məlumat bankının təşkili və aparılması qaydaları" təsdiq edilib.

Artıq bu istiqamətdə də tədbirlər planı hazırlanaraq onun həyata keçirilməsinə başlanılıb.

Hüseynova deyib ki, ötən dövr ərzində əldə edilən ciddi uğurlardan biri uşaq və qadın problemləri sahəsində qeyri-hökumət təşkilatlarının fəallığının əhəmiyyətli dərəcədə artırılması, onların bu problemlərin həlli prosesinə fəal surətdə cəlb edilməsidir.

Qeyd edək ki, bu gün Ailə, Qadin və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin yaranmasının 7 yaşı tamam olur

Məqalədə:
Xəbər lenti

Xəbər lenti