...

"Medical Park"da ilk dəfə könüllü çarpaz nəql üsulu ilə böyrək nəqli

Cəmiyyət Materials 21 Fevral 2013 12:53 (UTC +04:00)
"Medical Park" Göztepe Xəstəxana Kompleksinin Orqan Nəqli Mərkəzinin rəhbəri dos. dr. Sərdar Kaçar və qrupu tərəfindən orqan nəqlində ilk dəfə həyata keçirilən könüllü çarpaz nəql üsulu ilə bir-birini tanımayan 4 ailədən 8 nəfər eyni anda əməliyyata alınaraq, 4 nəfərə böyrək nəqli edilib.
"Medical Park"da ilk dəfə könüllü çarpaz nəql üsulu ilə böyrək nəqli

Azərbaycan, Bakı, 21 fevral /Trend/

"Medical Park" Göztepe Xəstəxana Kompleksinin Orqan Nəqli Mərkəzinin rəhbəri dos. dr. Sərdar Kaçar və qrupu tərəfindən orqan nəqlində ilk dəfə həyata keçirilən könüllü çarpaz nəql üsulu ilə bir-birini tanımayan 4 ailədən 8 nəfər eyni anda əməliyyata alınaraq, 4 nəfərə böyrək nəqli edilib.

Tibb dünyasında ilk dəfə tətbiq olunan bu üsulun böyrək xəstələri üçün yeni bir ümid işığı olduğunu ifadə edən Kaçar deyib ki, "qan uyuşmazlığı və toxuma uyuşmazlığı kimi səbəblərlə bir-birilərinə böyrəklərini verə bilməyənlər üçün təkmilləşdirdiyimiz çarpaz nəql və könüllü çarpaz nəql üsulu ilə böyrək nəqli gözləyən yüzlərlə adam sağlamlığına qovuşa biləcək".

"Medical Park" Göztepe Xəstəxana Kompleksinin Orqan Nəqli Mərkəzi tərəfindən ilk dəfə həyata keçirilən könüllü dördlü çarpaz nəql üsulu orqan nəqli gözləyənlər üçün yeni bir ümid olub. Könüllü donor sayəsində bir-birini tanımayan 4 ailədən 8 nəfər arasında "böyrək qardaşlığı" meydana gəldi. Eyni anda əməliyyata alınan dörd donorun böyrəkləri aralarında qan uyğunlaşması müəyyən edilən dörd ayrı böyrək xəstəsinə müvəffəqiyyətlə nəql edildi.

Dünyada doqquzuncu dəfə dördlü çarpaz böyrək nəqli əməliyyatının həyata keçirildiyini ifadə edən "Medical Park" Göztepe Xəstəxana Kompleksinin Orqan Nəqli Mərkəzinin rəhbəri Sərdar Kaçar bu əməliyyatı fərqli bir yerə gətirib çıxardan könüllü bir donorun da olması vacibliyini ifadə etdi: "Qan uyuşmazlığı səbəbi ilə bir-birilərinə böyrəklərini verə bilməyən ailələrin başqa bir ailə ilə uyğunlaşdırılaraq böyrəklərini verməsinə əsaslanan çarpaz nəql üsuluna könüllü vericini əlavə edərək orqan nəqlində yeni bir üsul təkmilləşdirdik. Bu üsul tibb dünyasında ilk dəfə tətbiq olunur. "Medical Park" Göztepe Xəstəxana Kompleksi Orqan Nəqli Mərkəzi olaraq, insanların orqan tapa bilməyərək həyatlarını itirməmələri üçün davamlı olaraq yeni üsullar üzərində işləyirik. Könüllü çarpaz nəql də bu tətbiqlərdən biridir".

Nəqllər 4 əməliyyatxanada 5 saat ərzində başa çatdırılıb.

Böyrək nəqli həyata keçirilən xəstələrin iştirakı ilə mətbuat konfransı təşkil edən Medical Park Göztepe Xəstəxana Kompleksi Orqan Nəqli Mərkəzinin rəhbəri dos. dr. Sərdar Kaçar bildirib ki, 5-i cərrah cəmi 22 nəfərlik bir tibb personalı qrupu ilə girdiyimiz əməliyyatları 5 saatda başa çatdırdıq. Bu müddət ərzində 4 ayrı əməliyyatxanadan eyni anda istifadə etdik. Çox müvəffəqiyyətli bir silsilə əməliyyatın nəticəsində qrupum və mən böyrək nəqllərini başa çatdırdıq. Bu gün xəstələrimizi xəstəxanadan buraxmağa başlayırıq.

Ünvan:Nigar Rəfibəyli 12/14 AZ 1001 Bakı, Azərbaycan
Tel: 012 497 54 00
Mob: 055 221 90 28; 055 221 90 29

Məqalədə:
Xəbər lenti

Xəbər lenti