...

Dubayda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Cəmiyyət Materials 25 Fevral 2013 15:34 (UTC +04:00)
Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfırliyi tərəfındən Dubay şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.
Dubayda Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib

Azərbaycan, Bakı, 25 fevral /Trend, müxbir M.Əliyev/

Azərbaycanın Birləşmiş Ərəb Əmirliklərindəki (BƏƏ) səfırliyi tərəfındən Dubay şəhərində Xocalı soyqırımı ilə bağlı tədbir keçirilib.

Səfirlikdən Trend-ə verilən məlumata görə, tədbirdə BƏƏ-də yaşayan həmvətənlərimiz, Azərbaycan Dövlət Neft Şirkətinin törəmə şirkəti olan "SOCAR-Trading"in təmsilçiləri, Azərbaycan Beynəlxalq Bankının Dubaydakı ofisinin nümayəndələri, Əmirlikdə çalışan azərbaycanlı sahibkarlar, BƏƏ-də təhsil alan azərbaycanlı tələbələr və xarici qonaqlar iştirak ediblər.

Tədbiri səfır Elxan Qəhrəman çıxış nitqi ilə açaraq, 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan silahlı birləşmələri, Dağlıq Qarabağdakı erməni yaraqlıları və keçmiş Sovet ordusunun 366-cı motoatıcı alayının Azərbaycanın ayrılmaz hissəsi olan Dağlıq Qarabağın Xocalı şəhərini sakinləri ilə birlikdə büsbütün məhv edərək, insanlığa silinməz ləkə olan əsl soyqırım aktı törətdiklərini, Azərbaycan xalqına qarşı misli görünməmiş bu soyqırımın, təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa qarşı irimiqyaslı cinayət olduğunu və bu faciənin ümummilli lider Heydər Əliyevin 1993-cü ildə Azərbaycanda hakimiyyətə qayıtdıqdan sonra öz siyasi-hüquqi qiymətini tapdığını tədbir iştirakçılarının diqqətinə çatdırıb.

Səfir hazırda Xocalı soyqırımına dünyanın bir sıra ölkələri tərəfındən siyasi və hüquqi qiymətin verildiyini diqqətə çatdırıb və Xocalı həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən məqsədyönlü işlərin aparıldığını bildirib.

Daha sonra Xocalı soyqırımı haqqında geniş filmə baxılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti