...

Erməni hakerləri Respublika Seysmoloji Xidmət Mərkəzinin saytlarına hücum ediblər

Cəmiyyət Materials 28 Fevral 2013 10:32 (UTC +04:00)

Azərbaycan, Bakı, 28 fevral /Trend, müxbir İ.İsabalayeva/

Fevralın 24-dən başlayaraq bu günə qədər Azərbaycan Milli Elmlər Akademiyasının Respublika Seysmoloji Xidmət Mərkəzinin iki rəsmi saytı - www.seismology.az və www.seismology.az/journal davamlı olaraq erməni hakerlər tərəfindən davamlı hücumlara məruz qalıb.

Mərkəzdən cümə axşamı Trend-ə verilən məlumata görə, bu hücumlarla bağlı RSXM-in saytlarında bəzi problemlər yaranıb.

Hazırda hər iki saytda məlumatların bərpası prosesi gedir.

Buna görə də hansısa məlumatdan istifadə edərkən diqqətli olmaq lazımdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti