...

Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı təlimə hazırlaşır

Cəmiyyət Materials 4 Mart 2013 12:22 (UTC +04:00)
Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri helokopterlərdən, kater və digər xilasedici texnikalardan istifadə etməklə, müxtəlif növ fəlakətlərin aradan qaldırılması üzrə genişmiqyaslı təlim keçirəcək.
Fövqəladə Hallar Nazirliyi genişmiqyaslı təlimə hazırlaşır

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir İ.İzzət/

Yaxın günlərdə Fövqəladə Hallar Nazirliyinin (FHN) bölmələri helokopterlərdən, kater və digər xilasedici texnikalardan istifadə etməklə, müxtəlif növ fəlakətlərin aradan qaldırılması üzrə genişmiqyaslı təlim keçirəcək.

Trend-in əməkdaşının verdiyi məlumata görə, təlimə hazırlıq məqsədlə artıq bu gündən etibarən Bakının Şıxov qəsəbəsinin sahilyanı ərazisində FHN-nin müxtəlif təyinatlı su, quru və hava texnikalarının cəlb edilməsinə başlanıb.

Təlimin şərti zəlzələnin baş verməsi, qurudakı neft emalı zavodu, dənizdəki neft platformasında partlayışla müşayiət olunan yanğınların yaranması ssenarisinə uyğun keçirilməsi nəzərdə tutulub.

Təlimə FHN-in Aviasiya Dəstəsinin təyyarə və helikopterləri, yanğınsöndürən gəmiləri və katerləri, yanğınsöndürən maşınları və digər texnikaları cəlb olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti