...

Körpünün dağılması nəticəsində sıradan çıxan rabitə xətləri bərpa olunub

Cəmiyyət Materials 4 Mart 2013 16:42 (UTC +04:00)
"Aztelekom" İstehsalat Birliyi Ələt-Astara avtomobil yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün dağılması nəticəsində (təxminən saat 03:00 radələrində) magistral rabitə xətlərində yaranmış qəzanı tamamilə aradan qaldırıb.
Körpünün dağılması nəticəsində sıradan çıxan rabitə xətləri bərpa olunub

Azərbaycan, Bakı, 4 mart /Trend, müxbir H.Vəliyev/

Rabitə və İnformasiya Texnologiyaları Nazirliyinin "Aztelekom" İstehsalat Birliyi Ələt-Astara avtomobil yolunun 141-ci kilometrliyində Mişarçay üzərindəki körpünün dağılması nəticəsində (təxminən saat 03:00 radələrində) magistral rabitə xətlərində yaranmış qəzanı tamamilə aradan qaldırıb. Bu barədə bazar ertəsi Trend-ə açıqlamasında "Aztelekom" İB-nin mətbuat xidmətinin rəhbəri Vidadi İsmayılov bildirib.

Onun sözlərinə görə, bərpa işlərinə dərhal başlanılıb və əlaqənin fasiləsizliyini təmin etmək məqsədilə alternativ marşrut işə salınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti