...

8 Mart münasibətilə şəhid qadınlar ziyarət olunub (FOTO)

Cəmiyyət Materials 7 Mart 2013 15:44 (UTC +04:00)
Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyi və Yeni Nəfəs Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlər xiyabanında şəhid qadınlarımız yad olunub.
8 Mart münasibətilə şəhid qadınlar ziyarət olunub (FOTO)

Azərbaycan, Bakı, 7 mart /Trend/

Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyi və Yeni Nəfəs Gənclər Təşkilatının təşkilatçılığı ilə 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə Şəhidlər xiyabanında şəhid qadınlarımız yad olunub.

Təşkilatın mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Qarabağda döyüşmüş qadınlar və gənclərin iştirak etdiyi ziyarətdə qazilərimiz müharibədə qəhrəmanlıqla mübarizə aparmış qadınlarımızın şücaəti haqqında onların məzarları başında xatirələrini bölüşüblər. Məşəl önündə çıxış edən Müharibə Veterenlarına Sosial Yardım İctimai Birliyinin sədri Rada Abbas, sədrin köməkçisi Tutu Cumayeva bu ziyarətin hər il onlar tərəfindən həyata keçirildiyi barədə məlumat veriblər. Çıxış edən Yeni Nəfəs Gənclər Təşkilatının sədri Mehman Həsən bir millətin milli şüurun formalaşmasında şəhidlərə və qazilərə necə münasibət bəsləməyin əhəmiyyətindən danışıb. Məktəbli Rəqsanə Cumayeva "Ey Şəhid qardaşlarım" şeirini səsləndirib.

Ziyarətdən sonra Yeni Nəfəs Gənclər Təşkilatı tərəfindən qazi qadınların şərəfinə Dünya Azərbaycanlıları İnformasiya Mərkəzində bayram süfrəsi təşkil olunub. Süfrə arxasında qazilər tərəfindən maraqlı döyüş əhvalatları və həmin döyüşlərdə qadınların rolu ilə bağlı müzakirələr olub.

Tədbirdə kinorejissor Kəmalə Musazadə, Erməni Təcavüzünün Tanıdılması İctimai Birliyinin sədri Səriyyə Müslümqızı, Gülər Amin, Aminə Vəliyeva, Zərəngül Əliyeva, Doğu türküstanlı Tursunay Türksoy, Gülşən Tanrıdaş çıxış edərək öz fikirlərini gənclərlə bölüşüblər.

Sonda Yeni Nəfəs Gənclər Təşkilatının xanımları Sevinc Əliyeva, Nərgiz Qarayeva, Aytən Heydərli çıxış edərək qazi qadınlarla qürur duyduqlarını, müharibə başlayacağı təqdirdə onların da müharibəyə gedəcəklərini bildiriblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti