...

Sabah Bakıda əsl istirahət havası olacaq

Cəmiyyət Materials 9 Mart 2013 15:50 (UTC +04:00)
Bazar günü Bakıda isti hava şəraiti hökm sürəcək.
Sabah Bakıda əsl istirahət havası olacaq

Azərbaycan, Bakı, 9 mart /Trend, müxbir M.Əliyev/

Bazar günü Bakıda isti hava şəraiti hökm sürəcək.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, martın 10-da Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu, əsasən yağmursuz olacaq. Səhər və axşam bəzi yerlərdə zəif duman olacaq.

Bakıda gecə 3-5° isti, gündüz 11-13° isti olacaq. Nisbi rütubət gecə 85-90 faiz, gündüz 70-75 faiz təşkil edəcək.

Azərbaycanın rayonlarında hava əsasən yağmursuz olacaq, gecə və səhər bəzi yerlərdə duman olacaq. Havanın temperaturunun gecə 0-5° isti, gündüz 11-16° isti olacağı gözlənilir.

Dağlarda gecə 1° şaxtadan 3°-dək isti, gündüz 6-11° isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti