...

Hesablama Palatası Ekologiya Nazirliyinin müraciəti əsasında yoxlama aparacaq

Cəmiyyət Materials 30 Mart 2013 11:58 (UTC +04:00)

Azərbaycan, Bakı, 30 mart /Trend, müxbir İ.İsabalayeva/

Hesablama Palatasının Kollegiya iclasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinə dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşundan və Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan ayrılan vəsaitlərin istifadəsinə, dövlət büdcəsi xərclərinin funksional təsnifatının "Mədəniyyət, incəsənət, informasiya, bədən tərbiyəsi, və digər kateqoriyalara aid edilməyən sahədə fəaliyyət" bölməsi üzrə Naxçıvan MR büdcəsindən Naxçıvan MR Dövlət Televiziya və Radio Verilişləri Komitəsinin saxlanılmasına ayrılan vəsaitlərin, həmçinin büdcədənkənar daxilolmaların proqnozlaşdırılması, maliyyələşdirilməsi, məqsədli və təyinatı üzrə icrasına dair audit proqramları da təsdiq edilib. Bu barədə Trend Palatanın rəsmi saytına istinadən məlumat verir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri İradə İbrahimova isə Trend-ə bildirib ki, Hesablama Palatası nazirliyin müraciəti əsasında yoxlama aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti