...

Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi yenidən təşkil olunur

Cəmiyyət Materials 2 Aprel 2013 13:28 (UTC +04:00)
Müdafiə Sənayesi Nazirliyinin (MSN) müsəssisəsi adı dəyişdirilməklə yenidən qurulur.
Müdafiə Sənayesi Nazirliyinin müəssisəsi yenidən təşkil olunur

Azərbaycan, Bakı, 2 aprel /Trend, müxbir İ.İzzət/

Müdafiə Sənayesi Nazirliyinin (MSN) müsəssisəsi adı dəyişdirilməklə yenidən qurulur.

Trend "Respublika" qəzetinə istinadən xəbər verir ki, Azərbaycan Respublikası Müdafiə Sənayesi Nazirlyinin "Üfüq" İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyəti "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsinin kreditorları və debitorlarına xəbərdarlıq edib.

MSN onların nəzərinə çatdırıb ki, Müdafiə Sənayesi Nazirliyinin "Üfüq" İstehsalat Birliyi Məhdud Məsuliyyətli Cəmiyyətinin hüquq və vəzifələri üzrə hüquqi varisi hesab edilən "Neftqazavtomat" Elmi-İstehsalat Müəssisəsi yenidən təşkil olunmaqla təşkilatı-hüquqi forması dəyişdirilərək "Neftqazavtomat Elmi-İstehsalat Müəssisəsi" Məhdud Məsuliyyətli Cəmiyyəti adlandırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti