...

Türkiyədə Bir May bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Cəmiyyət Materials 1 May 2013 10:10 (UTC +04:00)
Türkiyənin böyük şəhərlərində Bir May bayramının keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Hürriyyət" qəzeti xəbər yayıb.
Türkiyədə Bir May bayramı ilə əlaqədar təhlükəsizlik tədbirləri gücləndirilib

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir A. Tağıyeva/

Türkiyənin böyük şəhərlərində Bir May bayramının keçirilməsi ilə əlaqədar olaraq təhlükəsizlik tədbirləri gücləndirilib. Trend-in məlumatına görə, bu barədə çərşənbə günü "Hürriyyət" qəzeti xəbər yayıb.

Qəzetin məlumatına görə, ölkənin təhlükəsizlik qüvvələri tərəfindən, xüsusilə İstanbul şəhərinin Taksim və Şişli rayonlarında nəzarət gücləndirilib. Bu rayonlarda hər il tez-tez polislə toqquşmalarla nəticələnən işçilərin təntənəli yürüşü keçirilir.

Ötən gün İstanbul şəhərinin meri Hüseyn Avni Mutlu bildirib ki, meriya Bir May münasibəti ilə yürüşün keçirilməsinə icazə verməyib, ona görə də istənilən aksiya qanunsuz hesab olunacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti