...

Azərbaycanda narkotik vasitələri istehlak edən və saxlayanlar üçün cəzalar dörd dəfə sərtləşdirilir

Cəmiyyət Materials 1 May 2013 15:55 (UTC +04:00)
Azərbaycanda narkotik vasitələri istehlak edən və saxlayanlar üçün cəzalar dörd dəfə sərtləşdirilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulur.
Azərbaycanda narkotik vasitələri istehlak edən və saxlayanlar üçün cəzalar dörd dəfə sərtləşdirilir

Azərbaycan, Bakı, 1 may /Trend, müxbir M.Əliyev/

Azərbaycanda narkotik vasitələri istehlak edən və saxlayanlar üçün cəzalar dörd dəfə sərtləşdirilir. Trend-in məlumatına görə, bu barədə məsələ Milli Məclisdə İnzibati Xətalar Məcəlləsinə təklif olunan dəyişiklikdə nəzərdə tutulur.

Məcəllənin 68-1-ci maddəsində qeyd edilir ki, narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, həmçinin onların satış məqsədi olmadan şəxsi istehlak miqdarında hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və ya göndərilməsinə görə müəyyənləşdirilən həbs müddəti 15 gündən iki ayadək artırılır.

Maddədə qeyd olunur ki, bu qanun pozuntusunu törədənlər 300 manatdan 400 manatadək miqdarda cərimə edilir, işin hallarına görə və xətanı törədənin şəxsiyyəti nəzərə alınmaqla bu tədbirlər kifayət sayılmadıqda iki ayadək müddətə inzibati həbs tətbiq edilir.

Qeyd edək ki, maddədə məsuliyyətdən azad etmə də öz əksini tapır. Belə ki, satış məqsədi olmadan hazırladığı, əldə etdiyi, saxladığı, daşıdığı və ya göndərdiyi şəxsi istehlak miqdarında narkotik vasitələri, psixotrop maddələri könüllü surətdə təhvil verən şəxs bu qeyddə nəzərdə tutulan hərəkətlərə görə məsuliyyətdən azad edilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti