...

Millət vəkili şərab zavodunun açılışında iştirak edib (FOTO)

Cəmiyyət Materials 3 May 2013 10:12 (UTC +04:00)
Mayın 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Kürdmaşı kəndində 1 saylı İsmayıllı Şərab Zavodunun açılışında iştirak edib.
Millət vəkili şərab zavodunun açılışında iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 3 may /Trend/

Mayın 2-də millət vəkili Novruz Aslanov İsmayıllı rayonunun Kürdmaşı kəndində 1 saylı İsmayıllı Şərab Zavodunun açılışında iştirak edib. Açılışa rayon İcra Hakmiyyətinin başçısı Mirdaməd Sadıqov, yerli hökumət strukturlarının rəhbərləri və kənd sakinləri də qatılıb.

Deputat Novruz Aslanov öz çıxışında rayonda həyata keçirilən müxtəlif layihələrdən danışıb. Regionların sosial-iqtisadi inktişafı Dövlət Proqramının yerlərdə icrası, o cümlədən İsmayıllı rayonunda görülən işlər barədə sakinlərə məlumat verib. Yeni obyektlərin açılışının bundan sonra da davam edəcəyini və sakinlərin yeni iş yerləri ilə təmin olunmalarının xüsusi əhəmiyyət kəsb etdiyini vurğulayıb.

Məlumat üçün bildirək ki, 20 il istifadəsiz qalan şərab zavodu yenidən bərpa olunaraq fəaliyyətə başlayıb. İlkin olaraq zavodda 50 nəfər işlə təmin olunacaq. Yerli fermerlər də öz məhsullarını bundan sonra şərab zavoduna təhvil verəcəklər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti