...

"İdmanın böyük himayədarı" kitabının təqdimatı keçirilib

Cəmiyyət Materials 7 May 2013 17:27 (UTC +04:00)
Bakı Biznes Mərkəzində Gənclər və İdman Nazirliyinin nəşri olan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "İdmanın böyük himayədarı" kitabının təqdimat mərasimi keçirilib.
"İdmanın böyük himayədarı" kitabının təqdimatı keçirilib

Azərbaycan, Bakı, 7 may /Trend, müxbir İ.İzzət/

Bakı Biznes Mərkəzində Gənclər və İdman Nazirliyinin nəşri olan, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr olunmuş "İdmanın böyük himayədarı" kitabının təqdimat mərasimi keçirilib.

Trend-in məlumatına görə, təqdimat mərasimi Azərbaycan Respublikasının dövlət himinin oxunması ilə başlayıb. Daha sonra ulu öndər Heydər Əliyevin idmana qayğısından bəhs edən qısa film nümayiş etdirilib.

Tədbirdə çıxış edən gənclər və idman naziri Azad Rəhimov bildirib ki, Azərbaycanda 36 yeni idman kompleksi tikilib və bu istiqamətdə fəaliyyət davam etdirilir. "Azərbaycan Avropa və dünyanın idman mərkəzlərindən biridir", - deyən nazir qarşıdakı illərdə Bakının çox mötəbər idman tədbirlərinə ev sahibliyini edəcəyini bildirib.

"İdmanın böyük himayədarı" kitabının ulu öndərin 90 illiyinə kiçik bir töhfə olduğunu deyən Rəhimov "Heydər Əliyev ideyaları daim bizimlə yaşayacaq", - deyə əlavə edib.

Daha sonra tədbirdə millət vəkilləri, ictimai xadimlər, idman ictimaiyyətinin nümayəndələri çıxış edərək ümummilli lider Heydər Əliyevlə bağlı fikir və xatirələrini söyləyiblər.

Qeyd edək ki, gənclər və idman naziri Azad Rəhimovun ideya müəllifi olan kitab Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969-1982 və 1993-2003-cü illərdə ölkədə bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi qayğıdan bəhs olunub. Kitabda Azərbaycan idmanının ən böyük himayədarı olmuş, xalqımızın ümummilli lideri Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi dövrlərdə respublikada idmanın inkişafı yolunda yorulmaz fəaliyyəti və əldə olunan nəticələrdən geniş söhbət açılır. Həmçinin, ulu öndərin idmanla bağlı imzaladığı fərman və sərəncamlar, eləcə də keçirdiyi görüşlər də kitabda yer alıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti