Azərbaycan, Bakı, 11 may /Trend, müxbir İ.İsabalayeva/
Azərbaycanın Macarıstandakı səfirliyində ümummilli lider Heydər Əliyevin anadan olmasının 90 illiyi münasibətilə rəsmi qəbul təşkil edilib.
Səfirlikdən şənbə günü Trend-ə verilən məlumata görə, qəbulda Macarıstan rəsmiləri, Budapeştdə akkreditə olunan diplomatik korpusun nümayəndələri, Azərbaycan icmasının üzvləri iştirak ediblər.
Tədbirdə çıxış edən səfir Vilayət Quliyev müasir Azərbaycan tarixində Heydər Əliyevin yeri və rolu haqqında danışıb, istər sosializm dövrü, istərsə də müstəqillik dövründə Azərbaycana rəhbərliyi zamanı həyata keçirdiyi işlərdən bəhs edib.
Heydər Əliyevin artıq bütün dünyada Azərbaycanın rəmzinə çevrildiyini vurğulayan səfir müasir dövrdə ölkənin əldə etdiyi uğurların ümummilli rəhbərin adı və müdrik siyasəti ilə bağlı olduğunu diqqətə çatdırıb.
Daha sonra qonaqlar tərəfindən böyük maraqla qarşılanan "Bir həsədin tarixi" sənədli filmi nümayiş etdirilib.
Rəsmi qəbul çərçivəsində səfirliyin Macar Poçtu ilə birlikdə hazırladığı və Heydər Əliyevin 90 illiyinə həsr olunan xatirə markasının təqdimatı keçirilib.