...

Bakı-Novorossiysk müqaviləsinin bitməsi Azərbaycan üçün problem yaratmır

Cəmiyyət Materials 17 May 2013 09:39 (UTC +04:00)
Azərbaycan neftinin 17 il Rusiya ərazisindən nəqlini ehtiva edən müqavilə dayandırılıb.
Bakı-Novorossiysk müqaviləsinin bitməsi Azərbaycan üçün problem yaratmır

Azərbaycan, Bakı, 17 may /Trend/

Azərbaycan neftinin 17 il Rusiya ərazisindən nəqlini ehtiva edən müqavilə dayandırılıb.
Rusiyanın Baş naziri Dmitri Medvedev mayın əvvəlində ildə bir tonu 15.67 dollar olmaqla 5 milyon ton Azərbaycan neftini Bakı-Novorossiysk kəməri ilə ixrac edən ikitərəfli müqaviləni ləğv etmək barədə sərəncam imzalayıb.

Mövcud müqaviləyə görə, Azərbaycan nefti 2013-cü ilin sonunadək kəmərlə nəql ediləcək.

Rusiya höküməti öz qərarını müqavilənin hədsiz xərc tələb etməsi ilə əsaslandırıb.
Rusiya tərəfi bildirib ki, neft nəqlinin bərpası bazar qiymətlərinə uyğun yeni tranzit tarifləri müəyyənləşdikdə və yeni müqavilə bağlandıqda bərpa oluna bilər. Bəs Azərbaycanın buna ehtiyacı varmı?
Daha ətraflı AZERNEWS onlayn qəzetinin 17 May çap buraxılışında oxuya bilərsiniz.
Yeni sayda, həmçinin oxucular Azərbaycan Prezidenti İlham Əliyevin Türkiyənin "Ekovitrin" jurnalı tərəfindən "10 ilin dövlət adamı" seçilməsi, Azərbaycanda seysmik zonaların müəyyənləşdirilməsi, Azərbaycan Parlamenti tərəfindən Miqrasiya Məcəlləsinin ilkin oxunuşdan keçməsi və digər maraqlı məqalələrlə tanış ola bilərlər.
AZERNEWS qəzetinin həftəlik köşə yazarı Skot Fenvik isə oxucuları orqanizmdəki yağlardan tezliklə qurtulmaq üçün faydalı fiziki hərəkətlərlə tanış edəcək.

"AZERNEWS" Ümumdünya Qəzet və Qəzet Naşirləri Assosiasiyasının (WAN-IFRA) assosiativ üzvüdür.

Onlayn qəzeti oxumaq üçün www.azernews.az ünvanına keçə bilərsiniz.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti