...

Dünya Azərbaycanlılar Konqresi Mustafa Kamal Atatürkü anıb (FOTO)

Cəmiyyət Materials 19 May 2013 15:30 (UTC +04:00)
Bu ilin mayın 19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) bir qrup fəalı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakıdakı abidəsini ziyarət edib, onun abidəsi qarşısına gül dəstələri qoyaraq ruhunu hörmətlə anıblar.
Dünya Azərbaycanlılar Konqresi Mustafa Kamal Atatürkü anıb (FOTO)

Azərbaycan, Bakı, 19 may /Trend/

Bu ilin mayın 19-da Dünya Azərbaycanlıları Konqresinin (DAK) bir qrup fəalı Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün Bakıdakı abidəsini ziyarət edib, onun abidəsi qarşısına gül dəstələri qoyaraq ruhunu hörmətlə anıblar.

Dünya Azərbaycanlılar Konqresindən Trend-ə verilən məlumatına görə, DAK İcra Aparatının rəhbəri Samir Adıgözəlli çıxış edərək Mustafa Kamal Atatürkün həyatı və 19 may tarixi haqda ətraflı məlumat verib. O, çıxışında bildirib ki, Türkiyə tarixində əvəzolunmaz xidmətləri olan Atatürk Türkiyə Cümhuriyyətinin banisi, Türk Dünyasının dahi şəxsiyyətidir: "Dünyanın harasında yaşamasından asılı olmayaraq, bütün türklər Atatürkü sevgi və sayğı ilə xatırlayır, onun adını əziz tuturlar".

19 may 1919-cu il Türkiyədə milli istiqlal savaşının başlandığı tarixdir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti