...

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolunun tikintisi davam edir (FOTO)

Cəmiyyət Materials 22 May 2013 12:17 (UTC +04:00)

Azərbaycan, Bakı, 22 may /Trend/

Bilgəh-Novxanı-Sumqayıt avtomobil yolu Bakı şəhərinin şimal hissəsindən, o cümlədən Bilgəh, Nardaran, Kürdəxanı, Pirşağı,Fatmayi, Mehdiabad, Novxanı, Saray, Masazır, Xırdalan, Hökməli istiqamətində davam etməklə, Bakı - Şamaxı - Yevlax avtomobil yoluna birləşəcək. 6 hərəkət zolağı üçün nəzərdə tutulan yolun ümumi uzunluğu 42 km təşkil edəcək. Trend-in məlumatına görə, bu barədə Nəqliyyat Nazirliyinin "Azəryolservis" ASC-dən bildiriblər.

Mərhələli şəkildə davam etdirilən tikinti işləri 0-14, 14-42 km-də həyata keçirilir. Artıq 14 km-lik hissədə tikinti altına düşən yaşayış və qeyri-yaşayış sahələri köçürülmüş, 2 yol qovşağı, bir piyada keçidinin tikintisi başa çatdırılıb. Qeyd olunan hissənin 2013-ci ildə istismara verilməsi planlaşdırılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti