...

Bakıda “Şəfa” stadionunun qarşısında yeraltı tunelin beton əsasının hazırlanması işləri aparılır (FOTO)

Cəmiyyət Materials 23 May 2013 14:12 (UTC +04:00)

Azərbaycan, Bakı, 23 may /Trend, müxbir İ.İzzət/

Bakıda Heydər Əliyev prospektində, "Şəfa" stadionunun qarşısında yeraltı tunel və piyada keçidinin tikintisinə başlanılıb.

Nəqliyyat Nazirliyi "Azəryolservis" ASC-nin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Heydər Əliyev prospektinin Müzəffər Nərimanov və 5-ci köndələn küçələri ilə kəsişməsində ("Şəfa" stadionunun qarşısında) nəzərdə tutulan yeraltı tunel və piyada keçidinin layihələndirməsi və ərazi boyu kommunikasiya xətlərinin müəyyən hissəsinin köçürülməsi başa çatdırılıb. 2 gediş və 2 gəliş üçün nəzərdə tutulan tunelin uzunluğu 896 metr, eni isə 16,5 metr təşkil edəcək. Hazırda tunelin beton əsasının hazırlanması işləri gedir.

Uzunluğu 102 m, hündürlüyü 3,2 m planlaşdırılan piyada keçidinin isə giriş-çıxış hissələrinin bünövrələri qazılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti