...

Avstraliyada 28 May - Respublika Günü qeyd olunub

Cəmiyyət Materials 27 May 2013 12:49 (UTC +04:00)
Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü qeyd olunub.
Avstraliyada 28 May - Respublika Günü qeyd olunub

Azərbaycan, Bakı, 27 may / Trend, müxbir M.Əliyev/

Avstraliyanın Sidney şəhərində 28 May - Respublika Günü qeyd olunub.

Trend-in məlumatına görə, bu barədə bazar ertəsi Diasporla iş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən bildirilib.

Azərbaycan-Avstraliya-Türk Dostluq Cəmiyyətinin təşkilatçılığı ilə keçirilən tədbirə Azərbaycan və türk diasporunun nümayəndələri, o cümlədən Avstraliyada təhsil alan azərbaycanlı tələbələr qatılıb.

Tədbirdə Azərbaycanın tarixi və 1918-1920-ci illərdə müsəlman Şərqində ilk demokratiya institutu olan Azərbaycan Demokratik Respublikasının mütərəqqi addımları barədə məlumat verilib. 1918-ci ildə ölkə Prlamentinin qərarı ilə qadınlara seçki hüququnun verildiyini xatırladan cəmiyyətin prezidenti İmamətdin Qasımov qeyd edib ki, Azərbaycan qadınlara kişilərlə bərabər siyasi hüquqlar verməklə nəinki Şərqdə ilk olmuş, hətta bu sahədə ABŞ (1920), Britaniya (18-28), Fransa (1944) kimi ölkələri qabaqlayaraq Qərb ölkələri arasında da birincilər sırasına adını yazdırıb.

Respublika Gününə həsr olunmuş tədbirdə Sidney Texnologiya Universitetinin İnşaat və ətraf mühit mühəndisliyi fakültəsinin baş müəllimi və koordinatoru Şəmsəddin Nicat Azərbaycan dilində vətənpərvərlik ruhunda yazdığı şeirləri oxuyub.

Daha sonra iştirakçılar Azərbaycan Demokratik Respublikasının uğurları, yenidən müstəqillik qazandıqdan sonra Azərbaycanın keçdiyi yol, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi nəticəsində Azərbaycan torpaqlarının Ermənistan tərəfindən işğalı və digər mövzular ətrafında müzakirə aparılıb.

Sonda tədbir iştirakçılarına Azərbaycan musiqisi və milli mətbəxindən nümunələr təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti