...

MPQ-nin üzvləri iki cəzaçəkmə müəssisəsinə başçəkmələr həyata keçiriblər

Cəmiyyət Materials 31 May 2013 11:29 (UTC +04:00)
Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri 7 və 17 saylı cəzaçəkmə müəssisələrində olublar.
MPQ-nin üzvləri iki cəzaçəkmə müəssisəsinə başçəkmələr həyata keçiriblər

Azərbaycan, Bakı, 31 may /Trend, müxbir İ.İzzət/

Ombudsmanın Milli Preventiv Qrupunun üzvləri 7 və 17 saylı cəzaçəkmə müəssisələrində olublar.

Ombudsman Aparatının mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili Elmira Süleymanovanın tapşırığına əsasən, Ombudsmanın İşgəncələrin qarşısının alınması üzrə Milli Preventiv Qrupunun (MPQ) üzvləri Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 7 və 17 saylı cəzaçəkmə müəssisələrinə (CÇM) qısamüddətli başçəkmələr həyata keçiriblər.

Hər iki müəssisənin cərimə təcridxanalarının cərimə və kamera tipli otaqlarında saxlanılan məhkumlar fərdi qaydada qəbul edilib, onların sənədlərinə baxılıb.

Başçəkmələrin nəticələri ilə bağlı bu CÇM-lərin rəhbərlərinə tövsiyələr verilib və hər iki müəssisəyə ilin sonunadək uzunmüddətli başçəkmə həyata keçiriləcəyi diqqətə çatdırılıb.

MPQ-nin həkim üzvü də başçəkmələrdə iştirak edib.

Başçəkmələr zamanı müəyyən edilən nöqsanlar barədə məlumat verilmir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti