...

İstanbul məhkəməsi Gezi parkında tikinti işlərinin dayandırılması barədə qərar verdi

Cəmiyyət Materials 1 İyun 2013 00:04 (UTC +04:00)
İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.
İstanbul məhkəməsi Gezi parkında tikinti işlərinin dayandırılması barədə qərar verdi

Azərbaycan, Bakı, 1 iyun /Trend/

İstanbul 6-cı İnzibati Məhkəməsi Taksim meydanında "Topçu Kışlası" ticarət mərkəzinin tikintisinin dayandırılması barədə qərar qəbul edib.

Trend-in Türkiyə KİV-ə istinadən verdiyi məlumata görə, səs çoxluğu ilə qəbul edilən qərara əsasən, Gezi (Gəzinti) parkında hər hansı tikinti fəaliyyətinə icazə verilməyəcək.

Qeyd edək ki, İstanbulun Gezi parkında xeyli sayda ağacın kəsilməsi və ticarət mərkəzinin tikintisinə etiraz əlaməti olaraq Taksim meydanında aksiya keçirilib. Polis etirazçılara qarşı gözyaşardıcı qaz və su şırnaqlarından istifadə edib.

İstanbul valisi Hüseyn Avni Mutlu hadisə nəticəsində 12 nəfərin yaralandığını, 63 nəfərin saxlandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti