...

Ekologiya və təbii sərvətlər naziri yay mövsümü ilə bağlı vətəndaşlara müraciət edib

Cəmiyyət Materials 3 İyun 2013 13:37 (UTC +04:00)
Nazir xüsusən qeyd edib ki, sürücülərin və sərnişinlərin avtomobil pəncərəsindən atdığı bir siqaret kötüyü belə böyük fəsadlar yarada bilər.
Ekologiya və təbii sərvətlər naziri yay mövsümü ilə bağlı vətəndaşlara müraciət edib

Azərbaycan, Bakı, 3 iyun /Trend, müxbir M.Əliyev/

Ekologiya və təbii sərvətlər naziri yay mövsümü ilə bağlı vətəndaşlara müraciət edib.

Trend-in məlumatına görə, Ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bazar ertəsi jurnalistlərə bildirib ki, insanlar da anlamalıdırlar ki, yay mövsümü isti və quraqlıq keçir və meşə ərazisində odla rəftarda ehtiyyatlı olmalıdırlar: "Hər bir insan hansı təhlükəsizlik tədbirləri etmək lazım olduğunu gözəl bilir, sadəcə buna riayət etmək lazımdır".

Nazir xüsusən qeyd edib ki, sürücülərin və sərnişinlərin avtomobil pəncərəsindən atdığı bir siqaret kötüyü belə böyük fəsadlar yarada bilər.

Eyni zamanda Bağırov qeyd edib ki, dövlət tərəfindən xeyli tədbirlər görülür və bunun nəticəsində Azərbaycanda digər ölkələrdə olduğu kimi uzun müddət davam edən meşə yanğınları olmur: "Bir çox ölkələrdə meşələrin gözətçisi rolunu yerli icmalar oynayır, çünki onlar uzun zamandır ki, həmin ərazidə qalırlar. Təəssüflər ki, bizdə elə praktika yoxdur."

Məqalədə:
Xəbər lenti

Xəbər lenti