...

Azərbaycanın təhsil naziri xarici ölkələrin səfirləri ilə görüşüb

Cəmiyyət Materials 4 İyun 2013 16:48 (UTC +04:00)
Təhsil Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak edib.
Azərbaycanın təhsil naziri xarici ölkələrin səfirləri ilə görüşüb

Azərbaycan, Bakı, 4 iyun /Trend, müxbir İ.İsabalayeva/

İyunun 4-də Azərbaycanın təhsil naziri Mikayıl Cabbarov İsveç, Polşa və Macarıstanın ölkəmizdəki səfirləri ilə ikitərəfli görüşlər keçirib.

Trend-in nazirliyin rəsmi saytına istinadən verdiyi məlumata görə, görüşlərdə İsveç tərəfindən səfir Mikael Eriksson, Polşa tərəfindən səfir Mixal Labenda, Macarıstan tərəfindən isə səfir Jolt Çutora iştirak edib.

Görüşlər zamanı ölkələrimiz arasında təhsil sahəsində əməkdaşlığın cari vəziyyəti barədə fikir mübadiləsi aparılıb. Eyni zamanda, ikitərəfli əlaqələrin genişləndirilməsi, təcrübə və tələbə mübadiləsi, münasibətlərin hüquqi bazasının möhkəmləndirilməsi məsələləri müzakirə edilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti