...

Əfqanıstanın Azərbaycandakı səfiri ANAMA-nın direktoru ilə görüşüb

Cəmiyyət Materials 7 İyun 2013 15:45 (UTC +04:00)
Əfqanıstanın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Muhammad Shaker Kargar ANAMA-nın direktoru Nazim İsmayılovla görüşüb.
Əfqanıstanın Azərbaycandakı səfiri ANAMA-nın direktoru ilə görüşüb

Azərbaycan, Bakı, 7 iyun /Trend, müxbir İ.İsabalayeva/

Əfqanıstanın Azərbaycandakı səlahiyyətli və fövqəladə səfiri Muhammad Shaker Kargar ANAMA-nın direktoru Nazim İsmayılovla görüşüb.

ANAMA-dan Trend-ə verilən məlumata görə, görüşün əsas məqsədi ikitərəfli əməkdaşlıq çərçivəsində Azərbaycan hökuməti tərəfindən Əfqanıstana gələcəkdə göstəriləcək yardımı müzakirə etmək olub.

Görüş zamanı 2014-cü ildən sonra Azərbaycanın NATO-nun Əfqanıstanda sülhün təmin olunması üzrə yeni missiyasında iştirakı Azərbaycanın Əfqanıstanın bərpası işində effektiv humanitar siyasət yürütməsi, bu istiqamətdə bir sıra tədbirlər keçirilməsi, ANAMA-nın iştirakı ilə Əfqanıstan ərazisinin minalardan təmizlənməsi məsələlərinə də toxunulub.

ANAMA 2008-ci ildən etibarən Azərbaycan hökumətinin tapşırığına əsasən, Əfqanıstana qeyri-hərbi sahədə yardım layihəsi çərçivəsində Mina Təhlükəsinə dair Maarifləndirmə və Əfqanıstanda Milli Mina Potensialının yaradılması və inkişaf etdirilməsi sahəsi üzrə yardım göstərib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti