...

Dünya Azərbaycanlı Gənclər Birliyi “Xalqlar mədəniyyəti” adlı festivalda iştirak edib (FOTO)

Cəmiyyət Materials 9 İyun 2013 14:04 (UTC +04:00)
2013-cü il iyun ayının 8-də Almaniyanın Noyss şəhərində “Xalqlar mədəniyyəti” adı altında keçirilən yaz festivalında Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyi də iştirak edib.
Dünya Azərbaycanlı Gənclər Birliyi  “Xalqlar mədəniyyəti” adlı festivalda iştirak edib (FOTO)

Azərbaycan, Bakı, 9 iyun /Trend/

2013-cü il iyun ayının 8-də Almaniyanın Noyss şəhərində "Xalqlar mədəniyyəti" adı altında keçirilən yaz festivalında Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyi də iştirak edib.

Trend-in Dünya Azərbaycanlı Gənclər Birliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, Azərbaycan Respublikasının Almaniyadakı Səfirliyinin və Almaniyadakı Azərbaycanlıların Koordinasiya Mərkəzinin dəstəyilə keçirilən festivalda şəhər şurasının nümayəndələri, yerli və beynəlxalq təşkilatların, yerli partiyanın üzvləri iştirak ediblər.

Dünya Azərbaycanlı Gənclər Birliyinin Almaniyadakı nümayəndəliyin rəhbəri Elnur Rixter, festivalda yerləşən "Azərbaycan Diyarı" çadırı altında qonaqlara Ermənistan - Azərbaycan münaqişəsinin aradan qaldırılması ilə bağlı gərəkli məlumatları verib.

O, bildirib ki: "Azərbaycan xalqı ölkəsində, regionunda sülh və əmin-amanlıq yaranmasını istəyir, müharibənin yenidən başlanmasının əleyhinədir. Xalqımız Qarabağ probleminin dinc yolla həll olunmasını, Azərbaycanın işğal olunmuş torpaqlarının azad edilməsini və bu torpaqlardan zorla qovulmuş bir milyondan artıq vətəndaşımızın öz yerlərinə qayıtmasını, ölkəmizin ərazi bütövlüyünün təmin edilməsini və buna sülh yolu ilə nail olmasını istəyir."

Tədbirdə iştirak edən qonaqlara respublikamız haqqında olan kitablar, CD-lər və milli mətbəximizin şirniyyatları təqdim olunub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti