...

Azərbaycanın miqrasiya orqanlarına işə qəbul olmaq istəyən namizədlərdən 44-ü növbəti mərhələyə buraxılıb

Cəmiyyət Materials 10 İyun 2013 11:23 (UTC +04:00)
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının iyunun 9-da Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanında 44 nəfər növbəti mərhələyə buraxılıb.
Azərbaycanın miqrasiya orqanlarına işə qəbul olmaq istəyən namizədlərdən 44-ü növbəti mərhələyə buraxılıb

Azərbaycan, Bakı, 10 iyun /Trend, müxbir İ.İsabalayeva/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının (TQDK) iyunun 9-da Azərbaycanın miqrasiya orqanlarına qulluğa qəbul olmaq istəyən namizədlər üçün keçirdiyi test imtahanında 44 nəfər növbəti mərhələyə buraxılıb. Komissiyadan Trend-ə verilən məlumata görə, həmin şəxslər müsabiqə şərtini ödəyərək (70 və daha artıq bal toplayaraq) növbəti mərhələdə iştirak hüququ qazanıblar.

Ümumilikdə imtahanda iştirak etmək istəyən 287 nəfərin namizədliyi qeydə alınıb. Onlardan 265 nəfəri imtahanda iştirak edib, 22-si imatahana gəlməyib. İmtahanda hər sual bir balla qiymətləndirilir. İmtahan nəticəsində ümumi balı 70 və daha artıq olan namizədlər növbəti mərhələyə buraxılırlar. Ən yüksək nəticə 86 bal olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti