...

Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyası öz işinə başlayıb

Cəmiyyət Materials 28 İyun 2013 10:09 (UTC +04:00)
Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası öz işinə başlayıb.
Gömrük Əməkdaşlıq Şurasının növbəti sessiyası öz işinə başlayıb

Azərbaycan, Bakı, 28 iyun /Trend, müxbir İ.İzzət/

Belçika Krallığının Brüssel şəhərində, Ümumdünya Gömrük Təşkilatının Baş qərargahında Gömrük Əməkdaşlıq Şurasının 121/122-ci sessiyası öz işinə başlayıb.

Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, sessiyanın işinə DGK-nin sədri, gömrük xidməti general-leytenantı Aydın Əliyevin rəhbərliyi ilə nümayəndə heyəti də qatılıb.

İyunun 27-də Azərbaycan və Seneqal gömrük xidmətlərinin Şura Sessiyasında iştirak edən nümayəndə heyətləri arasında gələcək əməkdaşlıq perspektivlərinin müzakirəsinə dair ikitərəfli görüş keçirilib.

Görüşdə ilk olaraq çıxış edən DGK-nin sədri Aydın Əliyev Azərbaycanın müstəqillik əldə etdikdən sonra gömrük xidmətinin keçdiyi inkişaf yolu və nailiyyətləri barədə Seneqal nümayəndə heyətinə məlumat verib. Bildirilib ki, kadr potensialının gücləndirilməsi, gömrük sistemində İKT-nin, o cümlədən "bir pəncərə" prinsipinin tətbiqi, kinoloji xidmət itlərinin təlimi və s. sahələrdə kifayət qədər uğurlar əldə etmiş Azərbaycan Gömrük Xidməti bu təcrübəsini seneqallı həmkarları ilə bölüşməyə hazırdır.

Azərbaycan nümayəndə heyətinin rəhbərinə əməkdaşlıq təklifinə görə minnətdarlığını bildirən Seneqal Gömrük Xidmətinin başçısı cənab Mouhamadou Maxtar Cisse Azərbaycanın gömrük işi sahəsindəki uğurları və təcrübəsini öyrənməyə hazır olduqlarını qeyd edərək, yaxın zamanlarda böyük nümayəndə heyəti ilə Azərbaycana səfər edəcəklərini qeyd edərək bu əməkdaşlığın daimi olacağına inandığını bildirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti