...

Azərbaycanda sığorta olunanlara fərdi hesablarındakı pensiya kapitalı barədə xüsusi məktublar göndəriləcək

Cəmiyyət Materials 8 İyul 2013 16:34 (UTC +04:00)
Dövlət Sosial Müdafiə Fondunun inzibati binasında iyulun 9-u saat 11:00-da sığorta olunanlara məktubların çapı və göndərilməsi ilə bağlı tətbiq olunacaq xüsusi avtomatlaşdırılmış idarəetmə sisteminin təqdimatı olacaq.
Azərbaycanda sığorta olunanlara fərdi hesablarındakı pensiya kapitalı barədə xüsusi məktublar göndəriləcək

Azərbaycan, Bakı, 8 iyul /Trend/

Dövlət Sosial Müdafiə Fondunun inzibati binasında iyulun 9-u saat 11:00-da sığorta olunanlara məktubların çapı və göndərilməsi ilə bağlı tətbiq olunacaq xüsusi avtomatlaşdırılmış idarəetmə sisteminin təqdimatı olacaq.

DSMF-nin İctimaiyyətlə əlaqə sektorundan Trend-ə bildiriblər ki, bununla da çap mərkəzi vasitəsilə sığorta olunanlara fərdi hesablarındakı pensiya kapitalı barədə xüsusi məktublar göndəriləcək.

Qeyd edək ki, fərdi uçot sistemində hazırda 2 milyon 500 mindən artıq sığortaolunan qeydiyyatdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti