...

Ötən ay 59 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub

Cəmiyyət Materials 18 İyul 2013 18:14 (UTC +04:00)
Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin iyun ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 59 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.
Ötən ay 59 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub

Azərbaycan, Bakı, 18 iyul /Trend/

Azərbaycanın sanitariya-epidemioloji xidmət orqanları tərəfindən 2013-cü ilin iyun ayı ərzində yeyinti məhsullarının istehsalı, satışı, saxlanması və daşınması zamanı sanitariya norma və qaydalarının tələblərini pozan, o cümlədən laboratoriya müayinələrinin nəticələrinə görə gigiyenik normalara cavab verməyən məhsulları istehsal edən 59 müəssisənin sahibkarı inzibati qaydada cərimə olunub, 17 obyektin istismarının dayandırılması barədə qərar qəbul edilib, 46 nəfər işdən müvəqqəti kənarlaşdırılıb.

Trend Səhiyyə Nazirliyinin rəsmi saytına istinadən məlumat verir ki, orqanoleptik və fiziki-kimyəvi göstəricilərinə görə 1338, mikrobioloji göstəricilərinə görə 1123, toksikoloji göstəricilərinə görə 301, radioloji göstəricilərinə görə 11 yeyinti məhsullari nümunələri laboratoriya müayinələrinə cəlb olunub. Nümunələrin 43-da orqanoleptik və fiziki-kimyəvi, 13-da mikrobioloji göstəricilərinə görə normalardan kənara çıxma müəyyən olunub.

Şadlıq evlərindən 4233 yaxma nümunəsi, 174 soyuq qəlyanaltı nümunəsi götürülüb, 56 yaxma nümunəsində mikrobioloji çirklənmə aşkar edilib. Soyuq qəlyanaltı nümunəsinin 4-də normalardan kənara çıxma müəyyən edilib.

İyun ayı ərzində əhali arasında 131 qida zəhərlənməsi hadisəsi baş verib, 151 nəfər zərərçəkən olub.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti