Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir M.Əliyev/
Sabah Azərbaycan ərazisində buludlu və yağmurlu hava şəraiti davam edəcək.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Trend-ə bildiriblər ki, iyulun 30-da Bakı və Abşeron yarımadasında buludlu hava şəraiti davam edəcək, əsasən səhər və axşam saatlarında yağış yağacağı gözlənilir. Mülayim şimal-şərq küləyi əsəcək.
Bakı və Abşeron yarımadasında havanın temperaturu gecə 19-23, gündüz 25-30 dərəcə isti olacaq. İyulun 31-dən hava şəraiti nisbətən mülayimləşəcək, yağış kəsəcək.
Azərbaycanın rayonlarında iyulun 30-da şimşək çaxacaq, arabir yağış yağacaq. Gecə və səhər saatlarında qərb küləyi güclənəcək. İyulun 30-da havanın temperaturu gecə 17-22, gündüz 27-32 dərəcə, dağlarda gecə 8-13, gündüz 13-18 dərəcə isti olacaq. İyulun 31-i gündüz saatlarında rayonlarda yağış kəsəcək.
Azərbaycan sinoptiklərinin hava müjdəsi: yağış və külək