Azərbaycan, Bakı, 29 iyul /Trend, müxbir İ.İzzət/
Bakıda minik avtomobillərdən birinin işıqforun qırmızı işığında keçməsi ağır yol qəzasına səbəb olub.
Trend-in oxuculara təqdim etdiyi görüntüdən məlum olub ki, avtomobillərin sürətlə idarə olunması və işıqfordan düzgün istifadə olunmaması iki avtomobilin toqquşması ilə nəticələnib. Sonra isə ağaclara çırpılıblar. Avtomobilin zərbəsindən hətta ağaclardan biri kökündən qırılıb.
Video Player