...

Bişkekdə Heydər Əliyev adına məktəb inşa ediləcək

Cəmiyyət Materials 31 İyul 2013 16:44 (UTC +04:00)
Bişkek meriyası və Azərbaycan hökuməti Qırğızıstan paytaxtında Azərbaycanın dəstəyi ilə məktəbin tikintisini nəzərdən keçirirlər.
Bişkekdə Heydər Əliyev adına məktəb inşa ediləcək

Azərbaycan, Bakı, 31 iyul /Trend/

Bişkek meriyası və Azərbaycan hökuməti Qırğızıstan paytaxtında Azərbaycanın dəstəyi ilə məktəbin tikintisini nəzərdən keçirirlər. Trend-in CA-NEWS-a istinadən verdiyi məlumata görə, bu məsələyə Bişkek meri İsa Omurkulovun Azərbaycanın bu ölkədəki səfiri Hidayət Orucovla görüşündə toxunulub.

Omurkulovun sözlərinə görə, məktəb Heydər Əliyevin adını daşıyacaq. Təhsil müəssisəsi Bişkekin mərkəzində inşa ediləcək.

Bundan başqa, görüşdə Heydər Əliyev parkının yenidən qurulması və abadlaşdırılması məsələləri müzakirə edilib.

Hazırda iki ölkənin memarları parkın layihəsini və dizaynını hazırlayırlar. 10 hektar sahəsi olacaq park Cənub qapılarında yerləşir.

Bişkek meri bildirib: "Park paytaxt sakinləri və qonaqlarının istirahət edəcəyi məkan olacaq. İstirahət edənlərin Heydər Əliyevin həyatı ilə tanış olması üçün parkda informasiya stendləri quraşdırılacaq. Ümid edirik ki, bu park iki qardaş ölkənin dostluq münasibətlərinin inkişafına böyük töhfə verəcək".

Məqalədə:
Xəbər lenti

Xəbər lenti