...

Payız ayının ilk gününün sonundan başlayaraq Azərbaycan ərazisində payız havası hiss olunacaq

Cəmiyyət Materials 31 Avqust 2013 12:40
Sabah gecə və axşam axşam Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq.
Payız ayının ilk gününün sonundan başlayaraq Azərbaycan ərazisində payız havası hiss olunacaq

Trend-i buradan izləyin

Azərbaycan, Bakı, 31 avqust /Trend, müxbir İ.İsabalayeva/

Sabah gecə və axşam Azərbaycanın bəzi ərazilərində qısamüddətli yağış yağacaq. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Məlumata görə, sentyabrın 1-də Bakıda və Abşeron yarımadasında hava əsasən yağmursuz keçəcəyi gözlənilir. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi əvəzlənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-34 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında sentyabrın 1-də hava əsasən yağmursuz olacaq. Lakin sentyabrın 1-də gecə və axşam bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Qərq küləyi əsəcək, gündüz arabir güclənəcək.

Aran rayonlarında havanın temperaturu gecə 19-24, gündüz 32-37, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq.

Qeyd edək ki, sentyabrın 1-i axşamdan başlayaraq Azərbaycan ərazisində qeyri-sabit hava şəraiti hökm sürəcək. Avqustun 30-da Trend-ə bildirilmişdi ki, ümumilikdə sentyabrın birinci ongünlüyündə qeyri-sabit hava şəraiti üstünlük təşkil edəcək. Sentyabrın 1-i axşam və 2-də Bakı və Abşeron yarımadasında şimal küləyi güclənəcək, sentyabrın 2-də temperatur aşağı enəcək və hava sərin keçəcək. Azərbaycan ərazisində ikinci soyuq hava dalğası sentyabrın birinci ongünlüyünün ikinci yarısında olacaq. Bu müddətdə hava daha da soyuyacaq və kəskin keçəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti