...

Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq

Cəmiyyət Materials 18 Sentyabr 2013 12:40 (UTC +04:00)
Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında bildirib.
Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq

Azərbaycan, Bakı, 18 sentyabr /Trend, müxbir İ.İzzət/

Bakıda daha bir "ASAN xidmət" mərkəzi açılacaq. Trend xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri İnam Kərimov keçirdiyi mətbuat konfransında bildirib.

Agentliyin sədrinin sözlərinə görə, paytaxtda sayca 4-cü olacaq yeni mərkəzdə 3 rayonun əhalisinə xidmət göstəriləcək: "Bakıda açılacaq növbəti "ASAN xidmət" mərkəzi Sabunçu, Xəzər və Pirallahı rayonlarının əhalisinə xidmət edəcək. Bu mərkəz deyilən ərazini əhatə edəndən sonra paytaxtın hər bir sakini Bakıdakı istənilən "ASAN xidmət" mərkəzinə müraciət edə biləcək. Amma bəzi xidmətlər var ki, vətəndaşlar hətta indi də qeydiyyat yerindən asılı olmayaraq onlardan yararlana bilirlər. Məsələn, sürücülük vəsiqəsinin dəyişdirilməsi, notarial xidmətlər. "

İnam Kərimov qeyd edib ki, ölkə başçısının tapşırığına əsasən, maskimum qısa müddətdə "ASAN xidmət" respublikasının bütün ərazisini əhatə etməli və bütün vətəndaşların "ASAN xidmət"dən yararlanması təmin edilməlidir: "Əsas məqsəd mümkün qədər çox yerlərdə "ASAN xidmət" mərkəzlərinin açılıb istifadəyə verilməsi və vətəndaşlara asanlıqla əlçatanlığın təmin edilməsidir. Ona görə də prioritet kimi Azərbaycanın iqtisadi və əhalinin sayı baxımından böyük şəhər və rayonlarında, o cümlədən Naxçıvan Muxtar Respublikasında da "ASAN xidmət" mərkəzinin açılması nəzərdə tutulur. "ASAN xidmət" mərkəzlərinin olmadığı yerlərdə isə "Səyyar xidmət" avtobusları mütəmadi olaraq fəaliyyət göstərəcək."

Agentliyin sədri bildirib ki, bütün regionlarda şəbəkə tam təmin olunandan sonra kimin hansı rayonda qeydiyyatda olmasından asılı olmayaraq, hər bir vətəndaş istənilən yerdə "ASAN xidmət"ə müraciət edə biləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti