...

Moskvada Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XV Baş assambleyasının iclası öz işinə başlayıb (FOTO)

Cəmiyyət Materials 19 Sentyabr 2013 13:31 (UTC +04:00)
Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iclası Rusiyanın paytaxtı Moskvada öz işinə başlayıb.
Moskvada Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının XV Baş assambleyasının iclası öz işinə başlayıb (FOTO)

Rusiya, Moskva, 19 sentyabr /Trend, xüsusi müxbir E.Hüseynov/

Asiya və Sakit Okean Ölkələri İnformasiya Agentlikləri Təşkilatının (OANA) XV Baş assambleyasının iclası Rusiyanın paytaxtı Moskvada öz işinə başlayıb.

İclas zamanı Türkiyənin "Anadolu" agentliyinin OANO-da üçillik prezidentliyi növbəti üçillik müddət ərzində Baş assambleyanın Moskva iclasının təşkilatçısı olan Rusiyanın "İTAR-TASS" agentliyinə ötürüləcək.

İclasın açılışında "İTAR-TASS"ın kollegiya sədri Vitali İqnatenko son üç il ərzində OANA-dakı prezidentlik dövründə gördüyü məhsuldar işə görə Türkiyənin "Anadolu" xəbər agentliyinin rəhbəri Kamal Öztürkə təşəkkür edib. İqnotenko bildirib ki, bu müddət ərzində OANO öz əhəmiyyətini və inkişaf perspektivlərini sübut edib.

"İTAR-TASS" kollegiyasının Moskva forumunun işi həm iclaslarda, həm də kluarlarda məhsuldar olacağına ümid etdiyini bildirib.

"İTAR-TASS"ın baş direktoru Serqey Mixaylov RF Prezidenti Vladimir Putinin forum iştirakçılarına ünvanladığı məktubu oxuyub. MəktubdaPutin Baş assambleyanın iştirakçılarına uğurlar arzulayıb və müzakirələrin perspektivli ideyalar və yeni təşəbbüslər üçün zəmin yaradacağına əminliyini bildirib.

İclasda iştirak edən Rusiyanın Federasiya Şurasının sədri Valentina Matviyenko da, o cümlədən OANA-ya maraqlı, məzmunlu müzakirələr və məhsuldar iş arzulayıb.

Sonra isə RF Dövlət Dumasının sədri Serqey Narışkinin iştirakçılara ünvanladığı məktub oxunub.

OANA prezidenti Kamal Öztürkün sözlərinə görə, Moskva iclasının əsas hədəfi 2016-2019-cu illər ərzində təşkilatın yeni prezidentinin, baş katibinin, İcraiyyə Komitəsinin və büro üzvilərinin seçilməsidir. O, Moskvadakı işin məhsuldar olacağına və geniş fikir mübadiləsi aparmaq üçün imkan yaradacağına ümid etdiyini bildirib.

Üçgünlük müzakirələrin mövzuları bunlardır: Qloballaşma dövründə KİV-in əsas inkişaf tendensiyaları və rolu; transmedia kommunikasiyasının imkanları və problemləri; müasir informasiya bazarının transformasiyasının dünyəvi və regional faktorları.

Azərbaycanı iclasda iki agentlik - Trend və "AzərTac" təmsil edir.

1961-ci ildə yaradılan OANO ən böyük media təşkilatıdır və dünyanın 35 ölkəsindən 44 informasiya agentliyini özündə birləşdirir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti