...

Gəncədə gender sahəsində regional konfrans keçirilib (FOTO)

Cəmiyyət Materials 21 Sentyabr 2013 15:48 (UTC +04:00)
Gəncədə iki il davam edən “Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması” layihəsinin “Qadın liderliyi” adlı yekun konfransı keçirilib.
Gəncədə gender sahəsində regional konfrans keçirilib (FOTO)

Azərbaycan, Bakı, 21 sentyabr /Trend/

Gəncədə iki il davam edən "Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması" layihəsinin "Qadın liderliyi" adlı yekun konfransı keçirilib. Məlumata görə tədbirə respublikanın qərb bölgəsindən 50-dən artıq iştirakçı qatılıb. Konfransda həmçinin dövlət strukturlarının, qeyri hökümət təşkilatlarının nümayəndələri və gender sahəsində ekspertlər iştirak ediblər.

"Gənc Liderlər" Təlim Təhsil və İnkişaf İçtiami Birliyinin sədri Səbinə Ələkbərov çıxış edərək bildirib ki, layihə rəhbərlik etdiyi təşkilatla "Gələcəyə Körpü" İçtimai Birliyi ilə birgə həyata keçirilib. Qeyd olunub ki, layihə 2011-ci ildən UNDEF - Birləşmiş Mİllətlər Təşkilatı Demokratiya Fondu tərəfindən maliyyələşdirilib. Tədbirdə əlavə olunub ki, layihənin məqsədi gender bərabərliyini əks etdirən təlimlər, konfranslar, Avropa ölkələrinə mübadilə programları təşkil etməklə vətəndaşların, xüsusilə gənc qadınların liderlik bacarıqlarını inkişaf etdirmək və ictimai, biznes və onların dövlət sektorlarında qərarqəbuledici vəzifələrdə yer tutmalarına imkan yaratmaq, eyni zamanda kişi və qadınların bərabər şəkildə vətəndaş cəmiyyətinin inkişafında irəliləməsinə və sosial-ictimai həyatda fəal iştirakına dəstək olmaqdır.

Layihənin təlimçisi Səbinə Sadıxova bilidirib ki, "Azərbaycanda vətəndaş iştirakının artırılması üçün Qadın Mərkəzinin yaradılması" layihəsi çərçivəsində ölkənin müxtəlif bölgələrində 4 gender akademiyası keçirilib. Həmçinin gender haqqında bilikləri yoxlamaq üçün sorğular da təşkil edilib.

İştirakçılar Azərbaycanda gender sahəsində olan biliklərini paylaşıblar. Gəncə şəhər Gənclər və İdman İdarəsinin rəisi Müşviq Cəfərov bildirib ki, şəhərdə qadınların içtimai siyasi həyatda roluna xüsusi önəm verilir. O qeyd edib ki, şəhərdə ali təhsil müəssisələrində təhsil alan tələbələrin, təhsil və səhiyyə sahəsində çalışanlar arasında qadınların çoxluq təşkil edir.

"Qadınların Liderliyi" adlı konfransda bir neçə yerli və beynəlxalq təşkilatların (USAİD, Conterpart, US Embassy, Oxfom İnternational) rəhbərləri və nümayəndələri iştirak edib. Həmçinin günün ikinci yarısında ABŞ-ın Azərbaycandakı səfiri cənab Riçard Morningstar da öz xanımı Faith Morninstarla tədbirdə iştirak edəcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti