...

Səhiyyə Nazirliyi Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırmaya başlayır

Cəmiyyət Materials 3 Oktyabr 2013 17:26 (UTC +04:00)
Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırma aparılması üçün Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət edilib.
Səhiyyə Nazirliyi Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırmaya başlayır

Azərbaycan, Bakı, 3 oktyabr /Trend, müxbir İ.İsabalayeva/

Bakı Slavyan Universitetinin Yaradıcılıq fakültəsinin dekanı Elnarə Tofiqqızının ölümü ilə bağlı araşdırma aparılması üçün Səhiyyə Nazirliyinə rəsmi şəkildə müraciət edilib.

Nazirliyin mətbuat xidmətinin rəhbəri Anar Qədirli Trend-ə bildirib ki, E.Tofiqqızının həyat yoldaşı jurnalist Anar Niftəliyev bu gün Səhiyyə Nazirliyinə ərizə ilə müraciət edib. Bu müraciət əsasında nazirliyin müvafiq şöbələri baş mütəxəssisləri cəlb etməklə hadisə ilə bağlı araşdırma aparacaq.

Qeyd edək ki, E.Tofiqqızı "Medi Sina" klinikasında əməliyyata hazırlıq vaxtı dünyasını dəyişib. Süd vəzilərindəki şişə görə əməliyyat edilməli olan E.Tofiqqızı narkoz vurulan kimi komaya düşərək dünyasını dəyişib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti