...

Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən 12 şahidin siması dəyişdilirib

Cəmiyyət Materials 4 Oktyabr 2013 14:58 (UTC +04:00)
Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən 12 şahidin siması dəyişdilirib.
Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən 12 şahidin siması dəyişdilirib

Azərbaycan, Bakı, 4 oktyabr /Trend, müxbir R.Hafizoğlu/

Türkiyədə müxtəlif cinayətlərin açılmasına kömək edən 12 şahidin siması dəyişdilirib. Trend-in məlumatına görə, bu barədə Türkiyənin "Anadolu" agentliyi məlumat verib.

Agentliyin məlumatına əsasən, bu addım şahidlərin təqib edilməmələri üçün atılıb.

Məlumatda o da qeyd olunur ki, hazırda Türkiyədə qüvvədə olan şahidlərin qorunması qanununa əsasən, 105 şahid, 168 şahid qohumları olmaqla ümumilikdə 273 nəfər var ki, onlar haqqında bütün məlumatlar gizli saxlanılır.

Məlumata əsasən, plastik əməliyyat vasitəsilə simaları dəyişdirilən bütün vətəndaşlara yeni pasportlar verilib.

Statistik məlumatlara görə, 2008-ci ildə 7, 2009-cu ildə 42, 2010-cu ildə 20, 2011-ci ildə 90, 2012- ci ildə 87, bu il isə ümumilikdə 27 nəfərin siması dəyişdirilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti