...

Azərbaycan Mətbuat Şurası seçki günü monitorinq aparacaq

Cəmiyyət Materials 8 Oktyabr 2013 20:27 (UTC +04:00)
Oktyabrın 9-da prezident seçkisi ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında “qaynar xətt” fəaliyyət göstərəcək.
Azərbaycan Mətbuat Şurası seçki günü monitorinq aparacaq

Azərbaycan, Bakı, 8 oktyabr /Trend/

Oktyabrın 9-da prezident seçkisi ilə əlaqədar olaraq Azərbaycan Mətbuat Şurasında (MŞ) "qaynar xətt" fəaliyyət göstərəcək.

Şuradan Trend-ə verilən məlumata görə, səsverməyə start verildiyi andan MŞ-nin (012) 441 35 96 və (055) 201 99 26 telefon nömrələri "qaynar xətt" rejimində fəaliyyət göstərəcək. Məqsəd seçki prosesini işıqlandıracaq jurnalistlərin peşə vəzifələrini yerinə yetirmələrinə dəstək olmaq, mövcud istiqamətdə yarana biləcək problemlərin operativ aradan qaldırılmasını təmin etməkdir.

Bundan başqa, MŞ-nin İdarə Heyətinin üzvləri oktyabrın 9-da ölkənin müxtəlif bölgələrində müşahidələr aparacaq, medianın prosesi işıqlandırması ilə bağlı vəziyyəti izləyəcəklər. Şuranın monitorinq qrupu da bu istiqamətdə müvafiq iş aparacaq.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti