...

Həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Cəmiyyət Materials 13 Oktyabr 2013 11:09 (UTC +04:00)
Həftənin ilk iş günü havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir.
Həftənin ilk iş günü üçün hava proqnozu açıqlandı

Azərbaycan, Bakı, 13 oktyabr /Trend/

Həftənin ilk iş günü havanın dəyişkən buludlu olacağı, yağmursuz keçəcəyi, axşam tutqun olacağı gözlənilir.

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 14-də dəyişkən buludlu, yağmursuz keçəcəyi, axşam havanın tutqun olacağı gözlənilir. Şimal-qərb küləyinin sürəti saniyədə 8-13 metr olacaq, küləyin sürəti arabir 15 m/s-dək güclənəcək.

Bakı və Abşeron yarımadasında havanın temperaturunun gecə 12-14, gündüz 16-21 dərəcə isti olacağı gözlənilir.

Azərbaycanın rayonlarında oktyabrın 14-də əsasən yağmursuz, lakin 13-dən 14-nə keçən gecədən başlayaraq bəzi yerlərdə şimşək çaxacağı, yağış yağacağı gözlənilir.

Qərb küləyinin sürəti saniyədə 5-10 metr olacaq, küləyin sürəti arabir güclənəcək.

Havanın temperaturunun gecə 4-9, gündüz 16-21 isti olacağı gözlənilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti